Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoq yaşanıb.
“İki sahil” xəbər verir ki, hava limanının açılış rəmzini bildirən lənti kəsərkən Türkiyə Prezidenti qayçının qızıldan olub-olmadığı ilə maraqlanıb.
Həmin dialoqu təqdim edirik:
Ərdoğan: İlham qardaşım, bu qızıldırmı?
İlham Əliyev: Qızıla bənzəyir. Ancaq siz ki kəsəcəksiniz, qızıldan da qiymətlidir…
Ərdoğan: Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun.
Daha sonra Türkiyə prezidenti kəsilən lenti qayçıya dolayaraq, İlham Əliyevdən bunu “götürə bilərəm?” deyə soruşub. İlham Əliyev isə cavabında bunun “ gözəl bir xatirə” olacağını bildirib.
Daha sonra AZAL Prezidenti Cahangir Əsgərov Zəngilan Hava Limanının açarını Ərdoğana təqdim edib və onun qızıldan olduğunu qeyd edib.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib