Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıldan paylaşım edib.
“İki sahil” xəbər verir ki, Hikmət Hacıyev erməni işğalı nəticəsində viran qoyulmuş ərazinin videosunu “Twitter“də paylaşıb.
Prezidentin köməkçisi bildirib ki, bu narahatedici mənzərəni vulkan püskürməsi nəticəsində dağılmış qədim Pompey xarabalıqları ilə səhv salmaq olar.
“Pompeydən fərqli olaraq, bu video Cəbrayıl şəhərində 30 illik işğal zamanı Ermənistan (“qədim sivil ölkə” adlandırılan) tərəfindən qəsdən törədilən insan vandalizmini/urbisidi əks etdirir”, - o qeyd edib.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib