ABŞ prezidenti Co Bayden Pensilvaniyadakı mitinqdə izdihamın içinə atlamağı simulyasiya edərək tədbir iştirakçılarını əyləndirib.
“İki sahil” xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı müvafiq görüntülər yayılıb.
Kadrlardan görünür ki, mitinqdə çıxış etdikdən sonra Bayden sanki səhnədən tullanmaq istəyirmiş kimi davranıb. Yaxınlıqda olan ABŞ-nin vitse-prezidenti Kamala Harris zarafatı başa düşüb və prezidentlə bərabər oyuna qoşulub; guya onu tuturmuş kimi davranıb.
Daha sonra əla əhval-ruhiyyədə olduğu görünən Bayden tamaşaçılara havadan öpüş göndərib və gümrah şəkildə səhnədən qaçıb.
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır
Ötən ilin son rübündə Hörmüz boğazından gündəlik 21,6 milyon barel neft daşınıb