Tanzaniyanın “Precision Air” aviaşirkətinin sərnişin təyyarəsi Viktoriya gölünə düşüb.
Bildirilir ki, təyyarədə 53 nəfər olub (49 sərnişin və 4 ekipaj üzvü).
Təyyarə Tanzaniyanın inzibati mərkəzi olan Dar əs-Salam şəhərindən Afrika ölkəsinin digər şəhəri Mvanzaya uçub.
İlkin məlumata görə, qəzaya fırtına və güclü yağış səbəb olub.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
Sərnişinlərin xeyli hissəsi artıq xilas edilib. Bununla yanaşı, 19 nəfərin öldüyü təsdiqlənib.
Oxu.Az
Ötən ilin son rübündə Hörmüz boğazından gündəlik 21,6 milyon barel neft daşınıb
ABŞ BMT TŞ-də İranın nüvə ehtiyatlarına çıxış məsələsini qaldırmaq niyyətindədir