Argentinada "Boka Xuniors" və "Rasinq" arasında keçirilən Çempionlar Kubokunun final oyununda 10 futbolçu qırmızı vərəqə alıb.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın əsas vaxtında hər iki komandadan bir oyunçu meydandan qovulub. Həmin vaxt hesab bərabər olub - 1:1
118-ci dəqiqədə "Rasinq"in qolundan sonra insident baş verib. Baş hakim Fakundo Tello daha bir neçə futbolçuya qırmızı vərəqə göstərib.
"Boka Xuniors"un 7 üzvü meydandan kənarlaşdırıldığı üçün "Rasinq" qalib elan edilib.
Aleksandr Vinokurov: İlk iki gün ərzində gördüklərimə əsasən heç bir irad bildirə bilmərəm
Yevgeni Fyodorov: Bizim komandada əsas məqsəd komandadan kiminsə qalib gəlməsi idi
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb