ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda çıxışı zamanı az qala səhnəyə yıxılacaqdı.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.
Videoda Baydenin Nyu-Yorkun qubernatoru Keti Hokula dəstək kampaniyası tədbirində çıxışından bir hissə göstərilir. O, səhnədə gəzə-gəzə yaşlılar üçün dərmanların qiymətinin aşağı salınmasından danışır. Ardından isə nəyinsə üstünə çıxır və az qala müvazinətini itirir.
“Oyy, nəyisə tapdaladım... Bu nədir? Qaradır. Nə isə...”, - deyə Bayden olaya reaksiya verib.
Ötən ilin son rübündə Hörmüz boğazından gündəlik 21,6 milyon barel neft daşınıb
ABŞ BMT TŞ-də İranın nüvə ehtiyatlarına çıxış məsələsini qaldırmaq niyyətindədir