Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə Gülüstan sarayında təşkil olunmuş dövlət tədbirində Elnur Kələntərovun layihə rəhbəri olduğu Olimpiya Himninin yeni klipinin təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq və milli idman komitələri və federasiyalarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu layihə yaxın günlərdə başa çatmış “İdman Filmləri və Proqramları Festivalı”nda “Ən yaxşı klip” nominasiyasında 1-ci yerə layiq görülüb.
Himnin bəstəkarı Eldar Mansurovdur. İlk dəfə 2002-ci ildə MOK-un 10 illik yubileyi ərəfəsində bəstələnmiş himn və çəkilmiş klip 20 ildən sonra müasir quruluşda hazırlanıb. Bu dəfə himni ifaçılarla birlikdə layihənin rəhbəri Elnur Kələntərov da ifa edib.
"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb
Malayziyada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş FIDE reytinqli sürətli şahmat turniri keçirilib