Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo və Argentina yığmasının ulduzu Lionel Messinin gündəm olan şəklinin fotoşop olduğu ortaya çıxıb.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, futbolçular fotoları eyni məkanda müxtəlif vaxtlarda çəkdirib.

Daha sonra isə hər iki ulduzun şəkli montaj olunaraq birləşdirilib.
Xarici mətbuatda bununla bağlı video da paylaşılıb. Videoda fotolar çəkilən zaman hər iki oyunçunun birlikdə olduğuna dair heç bir görüntü yoxdur.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb