Noyabrın 18-də Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırılma aparılıb.
“İki sahil” xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, ictimai qaydanı pozan 5 şəxs barəsində müvafiq protokol tərtib olunaraq Gəncə şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin müvafiq qərarları ilə 2 nəfər 30, 1 nəfər 15, 2 nəfər 10 sutka müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda sessiya başa çatıb
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Göygöldə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib