05 dekabr 2022 17:17
630

Luis Enrike İspaniya millisindən ayrılacaq FOTO

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis Enrike postunu tərk edəcək.

“İki sahil”  "Marca"ya istinadla xəbər verir ki, 52 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatından sonra bu addımı atacaq.

Onu Marselino Toral Qarsiyanın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Luis Enrike 2018-ci ildən yığmada işləyir. Komanda onun rəhbərliyi altında AVRO-2020-də yarımfinala yüksəlib. İspaniya seçməsi dekabrın 6-da DÇ-2022-nin 1/8 final mərhələsində Mərakeşlə üz-üzə gələcək.