Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı İTV-nin jurnalistinə mane olmaq istəyib.
“İki sahil” xəbər verir ki, bu barədə İTV-nin bölgəyə ezam olunmuş jurnalisti bildirib.
O bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov Azərbaycan ərazilərinə keçməyə icazə verməyib. Jurnalist sülhməramlılara, “bura sizin ərazi deyil” sözləri ilə cavab verib.
İTV əməkdaşı qeyd edib ki, Rusiya sülhməramlıları hazırda faktiki olaraq öz mandatlarına aid olmayan işlə məşğul olurlar.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib