Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı ukraynalı diplomat “Facebook” hesabında paylaşım edib.
“19 il əvvəl Azərbaycan xalqının ümummilli lideri - Azərbaycan Respublikasının dirçəlişində və möhkəmlənməsində, eləcə də Ukrayna ilə dostluq əlaqələrinin möhkəmlənməsində və genişlənməsində xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyev dünyasını dəyişmişdir! Əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi ideyalar və islahatlar Azərbaycana XXI əsrə güclü və müstəqil, çətin sınaqların və çağırışların öhdəsindən gəlməyə qadir dövlət kimi daxil olmağa, inamla irəliyə doğru addımlamağa imkan vermişdir!", - ukraynalı diplomat paylaşımında qeyd edib.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib