Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider, türk dünyasının əzizi və sevimlisi Heydər Əliyevin xatirəsi qardaş Türkiyədə hər zaman böyük ehtiramla yad edilir. Bugünkü Türkiyənin qüdrətlənməsində, beynəlxalq miqyaslı çoxşaxəli böhranlara baxmayaraq, Türkiyədə enerji və qida təminatında sıxıntıların yaşanmamasında Azərbaycan-Türkiyə müttəfiqliyinin roluna dair mövzular daim gündəmdə olub. Bu prosesdə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi strategiyaların tarixi əhəmiyyəti yüksək dəyərləndirilir.
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri vəfatının 19-cu ildönümü ərəfəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyəti ilə bağlı türkdilli ictimaiyyətə geniş məlumatlar veriblər.
Məlumatlarda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət etmələri, Azərbaycan ictimaiyyətinin bütün təbəqələrinin xalqımızın böyük oğluna göstərdiyi ehtiram əks olunub.
Anadolu Agentliyi və TRT başda olmaqla Türkiyənin aparıcı mediası Ulu Öndərimizin tarixi missiyasını xoş sözlər və tarixi faktlar, həmçinin ekspert rəyləri və şərhlər əsasında təqdim ediblər. Televiziya ekranlarında, qəzet və saytlarda türk dünyasının böyük oğlunun həmişəyaşarlığı tərənnüm edilib.
Anadolu Agentliyinin yaydığı fotoreportajda Ümummilli Lider Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət etməsini, eləcə də Ulu Öndərin Türkiyə Böyük Millət Məclisindəki tarixi çıxışını əks etdirən nadir fotolar da özünə yer alıb.
AZƏRTAC
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib