Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən "İki sahil"ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda “ВAЗ” markalı minik avtomobilinin "Volvo" markalı yük avtomobilinə çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 2 nəfər sağ, digər 2 nəfərin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Zəfər dastanı yazılan Şuşa qayalarına ad yazmaq şəhidlərimizin xatirəsinə hörmətsizlikdir - İkinci Qarabağ müharibəsinin iştirakçısı
Xilasedici peşəsi insanların ən çətin anlarında onların yanında olmaq və həyatlarını qorumaq missiyasıdır - MÜSAHİBƏ
TƏBİB-in Könüllülük proqramı: gənclərə təcrübə, vətəndaşlara daha keyfiyyətli xidmət