Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Baş nazir Əli Əsədovla görüşünün detallarını açıqlayıb.
“İki sahil” xəbər verir ki, "Twitter" hesabında paylaşım edən İ. Qaribaşvili tərəflərin məhsuldar söhbət apardığını qeyd edib.
"Baş nazir Əli Əsədovla iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində məhsuldar söhbət apardıq. Regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının gücləndirilməsinin perspektivlərinə dair məsələləri müzakirə etdik ", - deyə paylaşımda qeyd olunub.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib