Rusiya Prezidenti Vladimir Putin dünən “Russia Today” telekanalının və “Rossiya seqodnya” agentliyinin baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyana “Şərəf” ordeni təqdim edib.
“İki sahil” Rusiya mediasına istinadla xəbər verir ki, Simonyan mərasimdə çıxışı zamanı Putinə ““adamyeyən”lərin payını verdiyinə görə” təşəkkür edib:
“Vladimir Vladimiroviç, uzun illərdir ki, sizin rəhbərliyiniz altında işləyirəm. Düşünürəm ki, həmişə demək istədiyimi söyləmək üçün ən uyğun zamandır. Sağ olun ki, “adamyeyən”lərin payını verirsiniz. Sağ olun ki, bu “adamyeyən”lərin qanlı pəncələrindən insanlarımızı xilas edirsiniz. Biz bunda öz köməyimizi göstərəcəyik”.
Simonyan çıxışında, həmçinin Putinə Qarabağdakı müharibəni dayandırdığına görə təşəkkür edib.
Erməniəsilli jurnalistin bu təhqirdolu çıxışı sosial şəbəkələrin həm yerli, həm də Ukrayna seqmentində müzakirələrə səbəb olub.
Saksoniya-Anhaltda keçirilən seçkiləri Almaniya hökuməti üçün dərs oldu - Markus Söder
Yaxın Şərqdəki böhran BMT-nin təsir gücünü itirdiyini göstərdi - BƏƏ Prezidentinin müşaviri
İran Cənubi Koreyaya XƏBƏRDARLIQ EDİB: Hörmüz boğazına hərbi qüvvə göndərsə...