Abşeron rayonunun Məmmədli kəndi ərazisində qanunsuz tikintinin qarşısı alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi adıçəkilən ərazidə müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edib.
Həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt sökülüb.
Sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq