28 dekabr 2022 17:00
601

Ömər Eldarov Rusiya Rəssamlıq Akademiyası tərəfindən “Qızıl medal”la təltif olunub FOTO

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) rektoru Xalq rəssamı, akademik Ömər Eldarov 95 illik yubileyi münasibətilə Rusiya Rəssamlıq Akademiyası tərəfindən “Qızıl medal” və fəxri fərmanla təltif olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə ADRA-dan məlumat verilib. Bildirilib ki, Ömər Eldarov bu mükafata incəsənət sahəsində böyük nailiyyətlərinə və Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafında iştirakına görə layiq görülüb.