Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan "Zəngi" liseyinin 30 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, əsası 1992-ci ildə qoyulmuş “Zəngi” liseyi ölkəmizin nüfuzlu təhsil ocaqlarından biridir. “Zəngi” liseyi şagirdlərin və müəllimlərin özlərini rahat və yaxşı hiss edəcək, təhlükəsiz bir öyrənmə mühiti yaratmaq, icma ilə məktəb əməkdaşlığına önəm verərək, təhsilin daha praktikliyini və çevikliyini təmin etmək, şagirdlərdə həyati bacarıqlar formalaşdırmaq missiyasını uğurla həyata keçirir.

Yubiley tədbirini giriş sözü ilə açan liseyin direktoru Jalə Məhərrəmova təhsil ocağının 30 illik tarixinə qısa ekskurs edib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşları, Bakı şəhəri Nizami rayonunun tanınmış ziyalıları və liseyin müəllim-valideyn kollektivi iştirak ediblər.