30 dekabr 2022 14:58
472

"Lider və zaman” mövzusunda tədbir keçirilib - FOTO

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda YAP Yasamal rayon təşkilatının və “H.Cavid pr.115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş “Lider və zaman” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, icraçı direktoru Eynulla Mədətli, YAP Yasalam rayon təşkilatının və institutun məsul əməkdaşları, “H.Cavid pr.115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sənan Həsənov və ərazi üzrə partiya təşkilatının üzvləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş video çarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru İlham Məmmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. 2022-ci ildə ölkəmizin həyatında əlamətdar olan hadisələrə nəzər salıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bütün sahələrdə olduğu kimi elmi ideoloji sahədəki uğurlu nəticələrindən danışıb. Tarixi Qələbədən sonrakı mərhələnin yeni reallıqlarında alimlərin roluna diqqət çəkib.

Tədbirdə çıxış edən tarix elmləri doktoru AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icracı direktoru Eynulla Mədətli Prezident İlham Əliyevin hazirkı qlobal siyasi vəziyyətdə Azərbaycanın maraqlarını beynəlxalq aləmdə uğurla həyata keçirdiyini, liderlik məharəti ilə bütün dünya azərbaycanlılarının lideri statusunu qazandığını bildirib. Onun siyasi iradəsi ilə türk dünyasının tarixində yeni mərhələnin başladığını, bu istiqamətdə əldə edilən tarixi uğurları diqqətə çatdırıb.

Daha sonra institutun şöbə müdiri Füzuli Qurbanov “Lider və zaman” mövzusunda məruzə edərək Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin müasir dünyanın sülh və inkişaf konsepsiyasındakı elmi əsaslarını şərh edib. Onun simasında liderliyin müdrikliklə təzahürünə dair müqayisələr aparıb.

Tədbirdə “H.Cavid pr.115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sənan Həsənov 2022-ci ildə ərazi partiya təşkilatının fəaliyyət istiqamətlərinə dair məlumat verərək yeni reallıqlarda elm və ideologiyanın qarşılıqlı vəhdətinin mühüm vəzifə kimi həyata keçirildiyini diqqətə çatdırıb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun olkəmizin ideoloji siyasi həyatında apardığı tədqiqat işlərində ideoloji işin mühüm yer aldığını və bu istiqamətdə partiya üzvlərinin səmərəli fəaliyyətlərinə nəzər salıb. Bu prosesin daha da genişləndirilmə zərurətini Prezident İlham Əliyevin ümummilli hədəflərə yönələn çağırışlarından irəli gələn vəzifələr olaraq şərh edib.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı Radif Mustafayev Yeni Azərbaycan Partiyasının ideyalarının milli qələbəmizdə əvəzssiz rolundan danışdı. Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə azərbaycan xalqının bundan sonra da qələbələrə nail olacağını bildirib.

Tədbirdə yekun nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə regionun yeni reallıqlara qədəm qoyduğunu və bu iradənin inkişafa tərəqqiyə xidmət etdiyini faktlarla diqqətə çatdırıb. Azərbaycanın qüdrətli inkişaf konsepsiyasının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu şərəfli missiyanı Qələbə və Zəfər səlnaməsi ilə əbədi tarixə çevirən İlham Əliyevin ətrafına bundan sonra da sıx birləşməyin zəruriliyini bildirib. Siyasi varislikdə Cənab Prezident İlham Əliyev xarizmasının miqyasına dair təhlillər aparıb. Onun ümummilli əhəmiyyətinin dərki prosesində ziyalıların mühüm rolunun olduğuna diqqət çəkib. B.Nəbiyev nitqinin sonunda qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.