07 yanvar 2023 17:08
572

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 2 min 459 test nəticəsində məlum olub ki, 120 nəfər koronavirusa (COVID-19) yoluxub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, 4 nəfərin dünyasını dəyişdiyi son sutka ərzində 91 nəfər sağlamlığına qovuşub.