08 yanvar 2023 15:27
669

Britaniyanın Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Azərbaycan dilini öyrənir.

“İki sahil” xəbər verir ki, səfir bunu tviterdə yazıb.

O qeyd edib ki, bu həftə Azərbaycan dili dərslərinə yenidən başlayıb: “Bu həftə Azərbaycan dili dərslərimə yenidən başlamışam. Gələn ay C1 imtahanımı verməliyəm. Ev tapşırığı olaraq ‘Dərviş Parisi partladır’a baxdım. Ümid edirəm ki, danışanda çox da Monsieur Jordan kimi səslənmirəm! Ən çox sevdiyim Azərbaycan filmi ‘Gün keçdi’ filmidir. Bəs sizin?”