Ötən gün ölkəmizdə aparılan 2 min 472 test nəticəsində məlum olub ki, 105 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 823 min 982-yə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 3 nəfərin dünyasını dəyişdiyi son sutka ərzində 22 nəfər COVID-19 xəstəsinin sağalıb.