Bakıda nəqliyyatın sıxlığının müşahidə edildiyi yollar açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
2. 20 Yanvar dairəsində;
3. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" m/st istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.