Rusiyanın Ufa şəhərində ikimərtəbəli taxta evdə yanğın baş verib.
Hazırda şəhərdə mənfi 37 dərəcə şaxta müşahidə edildiyindən evin üzərini hər tərəfdən buz bağlayıb.
Şaxta səbəbindən yanğınsöndürənlərin texnikaları da donub və sıradan çıxıb. Yanğınsöndürənlər isə öz növbəsində bir-birilərini əvəzləyərək işi davam etdirib.
Hadisənin görüntülərini isə Rusiyanın Fövqəladə Hallar Nazirliyi öz teleqram kanalında paylaşıb. (“Qafqazinfo”)