14 yanvar 2023 14:57
785

Prezident İlham Əliyev Ali Məhkəmənin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsini təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikllə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikası yubiley medalının təsviri” təsdiq edilir.