İkinci Fəxri xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Lent.az-a Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınları məlumat veriblər.
Şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir. Belə ki, hətta gül oğruları videomüşahidə kameralarına da düşüb.
Məlumata görə, xiyabanın sözügedən ərazisində mühafizəçi fəaliyyət göstərir.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, görüntülər barədə məlumatları var. Araşdırma aparılır.
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO