Sosial şəbəkələrdə Bakıda manyakın peyda olması ilə bağlı məlumatlar yayılıb.
“İki sahil” xəbər verir ki, məlumatlarda manyakın Nərimanov rayonu ərazisində olduğu qeyd olunur. Məlumata görə, manyak dərsdən evə qayıdan məktəbli qıza yaxınlaşaraq onu naməlum ünvana aparmaq istəyib. Lakin azyaşlı qız onun əlindən qaçaraq, yaxındakı mağazaya daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar: “Hazırda həmin görüntülərlə bağlı araşdırma aparılır”.
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO