20 Yanvar faciəsinin 33-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, YAP-ın nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər gül dəstələri düzüblər.
Partiya nümayəndələri tərəfindən “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib