Sumqayıtda hamilə qadın yolda köməksiz vəziyyətdə qalıb.
“İki sahil” xəbər verir ki, hadisə bir neçə gün öncə Novxanı-Sumqayıt yolunda qeydə alınıb. Ətrafda yaşayan sakinlər restoranlardan birinin qarşısında polis avtomobili ilə başqa bir avtomobilin dayandığını və oradan qışqırıq səsləri gəldiyini bildiriblər.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə axşamı yolda xidmət aparan DYP maşınına bir avtomobil yaxınlaşıb. Sürücü maşındakı hamilə qadına kömək lazım olduğunu bildirib. Bundan sonra polis əməkdaşları qadını xidməti avtomobilə əyləşdirərək təcili xəstəxanaya çatdırıblar.
Məlumata görə, qadın Sumqayıt doğum evinə vaxtında çatdırılıb və o, sağlam doğuş edib.
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib