Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, M.Müşfiq küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılan “TOYOTA” markalı minik avtomobilində yanğın baş verib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər