Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əməliyyat şəraitinə uyğun xüsusi alpinist vasitələrindən istifadə etməklə mənzilə eyvandan daxil olaraq qapını açıblar və vətəndaşları köməksiz vəziyyətdən xilas ediblər.
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər