Hesablamalara görə, Naxçıvanda 3 duz yatağında 200 milyon tona yaxın duz ehtiyatı var. Hazırda muxtar respublikada duz sadəcə 5 nömrəli mədəndə çıxarılır. Mədənin günlük istehsal gücü 50-60 tona, illik isə 22 min tona yaxındır. Hazırda Naxçıvan duzu sifariş əsasında və tələbata uyğun olaraq istehsal olunur.
Bu gün dünyada baş verən proseslər Naxçıvanın ixrac məhsullarına, o cümlədən Naxçıvan duzuna da tələbatı artırıb. Zəngəzur dəhlizinin açılması isə bu təbii sərvətimizin ixrac və istehsalını daha da artıracaq, xarici bazarlara çıxış imkanı genişlənəcək.
“İki sahil” Naxçıvan televiziyası əməkdaşlarının bu barədə hazırladıqları reportajı təqdim edir:
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Könüllü Təşkilatları İttifaqı Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirib