Sosial şəbəkədə azyaşlının küçədə döyülməsi bağlı yayılan görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov "İki sahil"ə bildirilib ki, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb. Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib.
E. Əliyev saxlanılaraq Polis Şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Könüllü Təşkilatları İttifaqı Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirib