13 fevral 2023 18:37
456

FHN tərəfindən Türkiyəyə böyük sayda çadırlar çatdırılıb FOTO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə FHN məlumat yayıb.

FHN-in xilasediciləri zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün Kahramanmaraş rayonunda çadırların qurulmasını həyata keçirirlər.