Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudeslə görüşüb.
“İki sahil” xəbər verir ki, səfir bu barədə özünün "Twitter" səhifəsində yazıb.
Səfir qeyd edib ki, görüş zamanı xalqlarımız arasında tarixi dostluq və mövcud əməkdaşlıq haqqında söhbət aparılıb.
Qeyd edək ki, Azərbaycan səfiri yanvarın 12-də etimadnaməsini Kuba Prezidentinə təqdim edib.
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir