20 fevral 2023 12:10
461

Teymur Rəcəbovla xanımı Maldivdə - FOTO

Qrosmeyster Teymur Rəcəbov həyat yoldaşı Anna Rəcəbova (Maksakova) ilə Maldiv adalarında istirahətə yollanıb.

“İki sahil” xəbər verir ki,  bunu əks etdirən görüntüləri şahmatçı instaqram səhifəsində paylaşıb.  

Cütlüyün sevgidolu paylaşımları maraqla qarşılanıb.

Qeyd edək ki, Anna Maksakova Rusiyanın Xalq artisti Lüdmila Maksakovanın nəvəsidir. Cütlük 2022-ci ilin yanvarında nikaha girib. Onların Nika adlı qız övladı var.