Vətən Müharibəsi dövründə şəhid xəbəri yayılan, lakin daha sonra sağ olduğu üzə çıxan hərbçimiz Vəliəhəd Vəliyev erməni əsirliyində başına gələnlərdən danışıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə İctimai Televiziyada yayımlanan “Baş tutmayan tələ” sənədli filmində söz açıb.
“İki şəxs otağa gəlib üzümə gülməyə başladı. Ermənilər mənə videolar göstərdi ki, sən artıq Azərbaycanda şəhid olmusan. Tanınmaz halda olan döyüş yoldaşımı Lənkəranda dəfn etmişdilər. Bunlar da sosial şəbəkədə baxıblar ki, məni şəhid kimi bilirlər. “Qırmızı xaç” gələndə də bizim yerimizi dəyişirdilər, otaqdan otağa keçirib vermək istəmirdilər. Bunlardan xəbərsiz bir nəfər nümayəndə gələndə mən aşkara çıxmışdım”.
Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib