"Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır".
“İki sahil” xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı "Twitter" hesabındakı paylaşımında yer alıb.
“Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün zəfər olmalıdır”, - XİN-in paylaşımında qeyd edilir.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib