Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlyumat yayıb.
Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1979-cu il təvəllüdlü Hacıyev Elçin Kamal oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobil ilə 1987-cil təvəllüdlü Şəbəndəyev Naib Sədi oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və hər iki sürücü deformasiyaya uğrayan avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə avtomobillərdə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub
Şuşada daşların üzərini yazmaq milli irsə və şəhidlərimizin əziz xatirəsinə münasibətdə yolverilməz laqeydlikdir - EKSPERT
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA