Naxçıvanda elektronlaşma sahəsində görülən işlər davam etdirilir.
Muxtar respublikanın dövlət orqanlarında elektron xidmətlərdən istifadə imkanları artırılır.
“İki sahil” xəbər verir ki, “AzstateNet” internet, voice və data şəbəkəsinin qurulması üzrə işlər də həyata keçirilir. 2023-cü ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikasındakı bir sıra dövlət qurumlarının internet səhifələrinin “AzstateNet” şəbəkəsində yerləşdirilməsi təmin edilib.
Bununla yanaşı nazirlik tərəfindən muxtar respublikada 2022-ci il ərzində 12-si vətəndaş, 54-ü sahibkar, 64-ü hüquqi şəxs və 262-si dövlət qurumu olmaqla, ümumilikdə 392, cari ilin yanvar-fevral aylarında isə 3-ü sahibkar, 10-u hüquqi şəxs və 48-i dövlət qurumu olmaqla, cəmi 61 elektron imza sertifikatı istifadəçilərə təqdim edilib.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub
Şuşada daşların üzərini yazmaq milli irsə və şəhidlərimizin əziz xatirəsinə münasibətdə yolverilməz laqeydlikdir - EKSPERT
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA