"Barselona La Liqanın 26-cı turunda "Real"la oyuna müğənni Rozaliyanın loqosu olan formalarla çıxacaq.
“İki sahil” xəbər verir ki, Kataloniya klubu əsas sponsoru olan "Spotify" ilə müqavilə çərçivəsində ispan müğənninin loqosunu nümayiş etdirəcək.
Oyunçuların formalarında Rozaliyanın 2022-ci ildə buraxılmış "Motomami" albomunun üz qabığından yazı olacaq.
Qeyd edək ki, "El-Klassiko" martın 19-da keçiriləcək.