10 mart 2023 16:07
419

Goranboyda idmançılarla görüş keçirilib - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Dəliməmmədli şəhərində idmançılarla görüşüb.

“İki sahil” xəbər verir ki, Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və ziyalıları, idman ictimaiyyəti iştirak edib.

Görüşdə çıxış edən millət vəkili Anar Məmmədov cənab Prezident İlham Əliyevin hər zaman idmana, idmançılara olan diqqət və qayğısından danışıb və gənc idmançıları göstərdikləri uğurlarına, qələbə və nailiyyətlərinə görə təbrik edib.

İdmançılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda gənc idmançılarla birlikdə xatirə şəkili çəkilib.