11 mart 2023 00:31
429

İdarələrarası Mərkəzin İşçi Qrupu Ağalıda infrastruktur layihələri ilə tanış olub FOTO

İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun üzvləri Ağalı kəndində mövcud infrastruktur layihələri ilə tanış olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev "tvitter" hesabında yazıb.

O, xatırladıb ki, İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun budəfəki iclası Ağalıda keçirilib. “Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında həyata keçirilən layihələr haqqında iclas iştirakçılarına məlumat verdik”, - V.Hacıyev qeyd edib.