11 mart 2023 11:40
367

UNESCO-dan Zeynalabdin Tağıyevin 200 illiyi ilə bağlı paylaşım

UNESCO-nun rəsmi "Twitter" səhifəsində böyük mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı paylaşım edilib.

“İki sahil” xəbər verir ki, paylaşımda 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 ilinin tamam olduğunu qeyd edilir və onun Azərbaycan xalqının maarifləndirilməsinə böyük töhfələr verdiyi vurğulanır.