11 mart 2023 16:40
447

Ölkəmizdə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 230 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 79, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61, “buster” doza ilə peyvənd olunanların sayı 77, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 13 nəfərdir.