11 mart 2023 22:22
441

Sumqayıtda "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib

Sumqayıt şəhər polis idarəsinin təşkilatçılığı ilə Gənclər evində narkotikin və narkomaniyanın törətdiyi fəsadlar və xəstəliklər barədə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə millət vəkili Müşfiq Məmmədli, Sumqayıt şəhər polis idarəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Anar Əliyev, Sumqayıt ağsaqqallar şurasının sədri Təbrik Quliyev, ekspert Emin Maqalov, narkoloji dispanserin həkimi Vüsal Cabbarov  və başqaları iştirak edib.

Tədbirdə Sumqayıtda fəaliyyət göstərən kollec və peşə məktəblərinin tələbələri ilə diskusiya şəklində maraqlı müzakirə aparılıb Tədbirdə çıxış edənlər narkotikin cəmiyyət üçün yaratdığı problemlər, gənclərin pis vərdişdən kənar olmaları üçün atmalı olduğu addımlardan, ətrafdakı insanların maarifləndirilməsi üçün mümkün vasitələrdən söhbət açılıb.