11 mart 2023 23:52
496

Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında

Martın 11-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Parlamentlərarası İttifaqın 146-cı Assambleyasının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə bildirilib ki, spiker Sahibə Qafarova Assambleyada çıxış edəcək.