Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 161 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 70, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36, “buster” doza ilə peyvənd olunanların sayı 49, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 nəfərdir.