12 mart 2023 21:38
379

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib FOTO

Martın 11-də Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə “HeydərƏliyev İli” çərçivəsində rayonun Mikayıl Əliyev küçəsində ağacəkmə aksiyası keçirib.

“İki sahil” xəbər verir ki,  aksiyada Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Rasim Musabəyov, RİHBA-nın, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, əməkdaşları, eləcə dəYAP-ın fəal gəncləri, rayonun könüllüləri, şəhid ailələri və qazilər iştirak ediblər.

“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Ulu Öndərin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir. Sirr deyil ki, Ümummilli Lider Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına həmişə böyük əhəmiyyət verib, Azərbaycanın ekoloji problemlərinin həllini xüsusi diqqətdə saxlayıb. Ulu Öndər ölkədə yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaradıb, ekoloji siyasətin əsasını qoyub.Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısı və bu sahədəki siyasət hazırda Prezidentİlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Aksiyada təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün iqlimə uyğun Eldar şamları əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib və suvarılıb.